<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>536</hymn_number>
<title>Şübhə yox adına, Allahlığına İL536</title>
<lyrics>[V1]
 Şübhə yox adına, Allahlığına,
 Bənzəri olmayan bir varlıqsan Sən.
 Göyləri, yerləri Sən yaratmısan,
 Oxşarı olmayan bir həyatsan Sən.

[C1]
   İlahi, kömək et, dərk edim Səni,
   Özün açmazsansa, bu mümkün deyil.
   Bilirəm, lap çoxdur bilmədiklərim,
   Sözü mənalı Kitabsan.

[V2]
 Hamını, hər şeyi görürsən hər an,
 Seçirsən yaxşını pisdən, yamandan.
 Haqsızlıq edənə səbr edirsən,
 Sonu bilinməyən məhəbbətsən Sən.

[V3]
 Nifrətə yaxşılıq, lənətə sevgi,
 Günaha mərhəmət, əvəzsiz bir lütf.
 Diləyən hər kəsə əbədi həyat,
 Ədalət taxt - taclı Hökmdarsan Sən.</lyrics>
</song>